Tutulma zamanı hüquqlarımızHörmətli oxucular,

Vətəndaşlarımızın hüquqlarının qorunmasına və təmin olunmasına kiçik də olsa töhvə vermək üçün Cinayət Prosesual Məcəlləmizdən bu çıxarışı etdim. Ümid edirəm çıxarışın az da olsa oxucularımız üçün köməyi olar

153.2. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər:

153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək;

153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək;

153.2.3. hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir);

153.2.4. tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir);

153.2.5. şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq;

153.2.6. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

153.2.7. tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq;

153.2.8. tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur);

153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək;

153.2.10. tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə isə xüsusi diqqət yetirmək;

153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün bu Məcəllənin 148, 150—152-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi məqsədi ilə  tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək;

153.2.12. bu Məcəllənin 161.0.1—161.0.8, 161.0.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.

153.3. Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir:

153.3.1. şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə;

153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda;

153.3.3. (çıxarılıb) [73]

153.3.4. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün tutulma anından 7 (yeddi) gün, digər hallarda isə tutulma anından 48 saat müddətində tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə.

Həmçinin bu xüsusi əhəmiyyət kəsb edən maddəni də qeyd etmək istəyirəm:

153.5. Cinayətin törədilməsində şübhəli şəxs kimi tutulmuş və şübhə təsdiq olunmadığına görə azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Komentariyasında qadının icraçıya zorlama cinayəti törətməkdə əl-qolunu tutmaqla və ya cinayətin həyata keçirilməsi üçün başqa cür yardım etdiyi halda onun bu cinayətin birgə icraçısı olduğu iddia edilir.

Bu iddianın əsasının nə olduğu komentariya müəllifləri tərəfindən qeyd olunmayıb. Onunçun aşağıdakı təhlili aparmaq və digər hüquqşünaslar, sizlərə bölüşmək və fikirlərinizi öyrənmək istədim.

AR-nın CM-in 32.2-ci maddəsində icraçının və birgə icraçının anlayışı verilib: Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş (birgə icraçılıq), eləcə də bu məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət

məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

Bu anlayışda aydınlaşdırmağa ehtiyac olan daha bir anlayış var : bilavasitə cinayəti törətmiş. Cinayətin obyektiv cəhətində göstərilən əlamətləri şəxsən və ya başqa şəxslə bərabər yaratmış, həyata keçirmiş şəxs onu bilavasitə törədən şəxs hesab olunur.

İndi qayıdaq AR CM-in Komentariyasında deyilən fikrin təhlilinə. Komentariya müəllifləri qadının zorlama cinayətinin birgə icraçısı olduğunu qeyd etsələr də bu fikirlərində nəyə əsaslandıqlarını müəyyən etməyiblər. Ama onların bu fikrinə münasibəti

aşağıda kimi bildirmək olar.
Birgə icraçı digər şəxslə birlikdə cinayətin obyektiv cəhətini təşkil edən əlamətləri birbaşa olaraq həyata keçirməlidir. Zorlama cinayətinin obyektiv cəhətinin ən əsas hissəsindən biri kişinin cinsiyyət orqanının qadının uşaqlıq yoluna daxil olmasıdır.

Cinayət də elə bu zaman bitmiş hesab olunur. Komentariya müəlliflərinin fikrincə qadın bu hərəkəti edə bilər mi?
İkinci və ən əsas kontrarqument isə CM-in 33.4-cü maddəsində qeyd olunub: Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin

cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. Bu maddədən çıxan təfsir isə budur:
1. Zorlama cinayəti xüsusi subyektli cinayətdir, çünki bu cinayəti yalnız kişilər törədə bilərlər;
2. Qadın zorlama cinayətinin xüsusi subyekti deyil;
3. Deməli, qadın zorlama cinayətinin yalnız təşkilatçısı, təhrikçisi və ya köməkçisi qismində cinayət məsuliyyətinə cəlb oluna bilər.

Maraqlı fikirlərinizi gözləyirəm.