‘cinayət hüququ’ Etiketlənmiş Yazı

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Komentariyasında qadının icraçıya zorlama cinayəti törətməkdə əl-qolunu tutmaqla və ya cinayətin həyata keçirilməsi üçün başqa cür yardım etdiyi halda onun bu cinayətin birgə icraçısı olduğu iddia edilir.

Bu iddianın əsasının nə olduğu komentariya müəllifləri tərəfindən qeyd olunmayıb. Onunçun aşağıdakı təhlili aparmaq və digər hüquqşünaslar, sizlərə bölüşmək və fikirlərinizi öyrənmək istədim.

AR-nın CM-in 32.2-ci maddəsində icraçının və birgə icraçının anlayışı verilib: Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş (birgə icraçılıq), eləcə də bu məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət

məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

Bu anlayışda aydınlaşdırmağa ehtiyac olan daha bir anlayış var : bilavasitə cinayəti törətmiş. Cinayətin obyektiv cəhətində göstərilən əlamətləri şəxsən və ya başqa şəxslə bərabər yaratmış, həyata keçirmiş şəxs onu bilavasitə törədən şəxs hesab olunur.

İndi qayıdaq AR CM-in Komentariyasında deyilən fikrin təhlilinə. Komentariya müəllifləri qadının zorlama cinayətinin birgə icraçısı olduğunu qeyd etsələr də bu fikirlərində nəyə əsaslandıqlarını müəyyən etməyiblər. Ama onların bu fikrinə münasibəti

aşağıda kimi bildirmək olar.
Birgə icraçı digər şəxslə birlikdə cinayətin obyektiv cəhətini təşkil edən əlamətləri birbaşa olaraq həyata keçirməlidir. Zorlama cinayətinin obyektiv cəhətinin ən əsas hissəsindən biri kişinin cinsiyyət orqanının qadının uşaqlıq yoluna daxil olmasıdır.

Cinayət də elə bu zaman bitmiş hesab olunur. Komentariya müəlliflərinin fikrincə qadın bu hərəkəti edə bilər mi?
İkinci və ən əsas kontrarqument isə CM-in 33.4-cü maddəsində qeyd olunub: Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin

cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. Bu maddədən çıxan təfsir isə budur:
1. Zorlama cinayəti xüsusi subyektli cinayətdir, çünki bu cinayəti yalnız kişilər törədə bilərlər;
2. Qadın zorlama cinayətinin xüsusi subyekti deyil;
3. Deməli, qadın zorlama cinayətinin yalnız təşkilatçısı, təhrikçisi və ya köməkçisi qismində cinayət məsuliyyətinə cəlb oluna bilər.

Maraqlı fikirlərinizi gözləyirəm.